İngiltərə Millətlər Liqasının üçüncüsü olub

  09 İyun 2019    Oxunub : 1109
İngiltərə Millətlər Liqasının üçüncüsü olub
UEFA Millətlər Liqasının üçüncüsü müəyyənləşib.
Azvision.az xəbər verir ki, bürünc medalları İsveçrəni məğlub edən İngiltərə millisi qazanıb.

Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan britaniyalılar qələbəyə seviniblər, - 5:6.

Qeyd edək ki, turnirin finalında Portuqaliya və Hollandiya milliləri üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Azvision.az

Teqlər: Millətlər-Liqası   Futbol