Məşhur futbolçunun evi qarət olunub

Məşhur futbolçunun evi qarət olunub
  09 İyun 2019    Oxunub:1759
İspaniyalı hücumçu Alvaro Moratanın evi quldurlar tərəfindən qarət olunub.
Azvision.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə, Avro-2020-nin seçmə mərhələsində keçirilən Farer adaları – İspaniya matçı zamanı baş verib.

Belə ki, silahlı şəxslər Moratanın evindən bahalı əşyalar oğurlayıblar.

Qeyd edək ki. hadisə zamanı Moratanın xanımı və övladları evdə olublar və xoşbəxtlikdən quldurlar onlara xəsarət yetirməyib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Morata   Qarət  





Xəbər lenti