Millimiz Macarıstana uduzdu - Yenilənib

Millimiz Macarıstana uduzdu -   Yenilənib
  09 İyun 2019    Oxunub:5784
Futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Macarıstan yığması ilə qarşılaşıb.
Azvision.az xəbər verir ki, matçın 18-ci dəqiqəsində hesab açılıb. Macarıstan yığmasının heyətində Villi Orban fərqlənib.

***
Villi Orban 53-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Mahir Emreli qarşılaşmanın 69-cu dəqiqəsində millimizin ilk qoluna imza atıb.

71-ci dəqiqədə Macarıstan 3-cü qolu Azərbaycan yığmasının qapısından keçirib. Görüş bu hesabla yekunlaşıb. Azərbaycan millisi Macarıstan yığmasına 1:3 hesabı ilə məğlub olub.

***
Bu gün AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaq Azərbaycan və Macarıstan yığmalarının start heyətləri açıqlanıb.

Azvision.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: Səlahət Ağayev, Anton Krivotsyuk, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev (k), Qara Qarayev, Dmitri Nazarov, Riçard Almeyda, Ramil Şeydayev, Renat Dadaşov, Mahir Əmrəli

Ehtiyat oyunçular: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Şəhriyar Rəhimov, Araz Abdullayev, Emin Mahmudov, Ağabala Ramazanov, Rəşad Eyyubov, Ömər Buludov, Rüfət Dadaşov, Əli Babayev, Pavel Paşayev, Aleksey İsayev

Macarıstan: Peter Qulaşi, Botond Barat, Mixali Korhut, Villi Orban, Balaş Cucak, Adam Naqi, Adam Szalai, Dominik Szoboszlay, Gerge Lovrençiç, Lazlo Klaynhaysler, Dominik Naqi

Ehtiyat oyunçular: Denes Dibuş, Adam Kovaçşik, Yanos Ferencsi, Paulo Vinisius, Kristian Nemet, Zolt Kalmar, Mete Patkay, Roland Varqa, David Holman, İstvan Kovaçs, Tamaş Kadar, Filip Holender

Azvision.az



Teqlər: Azərbaycan   Macarıstan  





Xəbər lenti