Eden Hazard rəsmən “Real”da

Eden Hazard rəsmən “Real”da
  08 İyun 2019    Oxunub:2869
"Çelsi"nin məşhur futbolçusu Eden Hazardın "Real Madrid"ə keçidi rəsmiləşib.
Azvision.az -ın məlumatına görə, bu barədə Madrid klubu məlumat yayıb. Bildirilib ki, belçikalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Bu transferin İspaniya təmsilçisinə 100 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"də çıxış edən Hazar 352 oyunda 110 qol vurub. O, “Çelsi”nin Bakıda “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdiyi Avroliqa finalında “dubl”a imza atıb.

Azvision.az



Teqlər: Real-Madrid   Hazard  





Xəbər lenti