Nikola Yurçeviç: “Futbolda hər şey mümkündür”

Nikola Yurçeviç: “Futbolda hər şey mümkündür”
  07 İyun 2019    Oxunub:2149
“Üç həftədən artıqdır ki, hazırlıq keçirik. Sevindirici məqam heyətdə zədəli futbolçunun olmamasıdır. Yeganə problem Almeyda ilə bağlıdır ki, o da sabahkı oyuna tam hazır olacaq. Düzdür, 4 gün sonra Slovakiya ilə qarşılaşacağıq, ancaq indi Macarıstanla oyun haqda düşünürük. Futbolda hər şey mümkündür. Sabahkı oyunla bağlı nikbinəm”
Azvision.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç “Avro-2020” seçmə mərhələsi çərçivəsində Macarıstanla matçdan öncə təşkil olunan mətbuat konfransında səsləndirib.

Nikola Yurçeviç qeyd edib ki, oyun ərzində qol buraxa bilərik: "Təbii ki, bu baş versə, çalışacağıq əvəzini çıxaq. Rəqibimiz yaxşı komandadır. Onlar Xorvatiya millisini məğlub ediblər. Bir neçə futbolçusu Almaniya Bundesliqasında çıxış edir. Biz rəqibə qarşı müdafiə olunmayacağıq. Müdafiə ilə hücum arasında balans yaratmağa çalışacağıq. İstərdim Zaqrebdə Xorvatiyaya qarşı olduğu kimi müdafiə olunaq, ancaq hücumda daha parlaq çıxış edək. Heyəti hələ tam müəyyənləşdirməsəm də, Xorvatiyaya qarşı mübarizə aparan futbolçuların əksəriyyəti meydanda olacaq”.

Azvision.az



Teqlər:





Xəbər lenti