DQ-nın hərbçisi Dünya kubokunun sahibi oldu

DQ-nın hərbçisi Dünya kubokunun sahibi oldu
  07 İyun 2019    Oxunub:1684
İyunun ilk iki günündə Ukraynanın Belqorod-Dnestrovskiy şəhərində MMA (Qarışıq döyüş növləri) üzrə Dünya kuboku yarışı keçirilib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, 32 ölkədən 700-dək idmançının qatıldığı bu mötəbər yarışda ölkəmizin milli komandası da iştirak edib.

Komandanın tərkibində qələbə uğrunda mübarizə aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, baş leytenant İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. O, çəkisi 85 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, növbəti dəfə Dünya kubokunun sahibi olub.
Təmsilçimizi bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı, qarışıq döyüş növləri üzrə dünya, Avropa, Asiya və Grand Prixe Qafqaz yarışlarının çempionu, polis mayoru Aydın Həşimov hazırlayıb.

Qeyd edək ki, A.Həşimov döyüş sambosu üzrə beynəlxalq dərəcəli idman ustasıdır. O, kik-citsu üzrə peşəkarlar arasında “Ən texnikalı idmançı” adına da layiq görülüb.

DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu Zemfira Meftaxetdinova qazandığı növbəti nailiyyətlə əlaqədar İ.Nəcəflini və onun məşqçisini qəbul edərək təbrik edib, hər bir uğurun ölkəmizin idman ictimaiyyəti üçün dəyərli olduğunu diqqətə çatdırıb.

Azvision.az


Teqlər: DQ   hərbçi  





Xəbər lenti