“Azerbaijan International 2019” başladı

“Azerbaijan International 2019” başladı
  06 İyun 2019    Oxunub:2533
Bu gün “Azerbaijan International 2019” turnirinə start verilib.
Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə şəxsi kişilər və qadınlar, qoşa kişilər və qarışıq-qoşa kateqoriyalarında təsnifat mərhələsinə start verilib.

Azərbaycan Badminton Federasiyasından Azvision.az -a verilən məlumata görə, badmintonçularımızdan Orxan Qələndərov təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Malta təmsilçisi Metyu Abelaya 2:0 (21-14,21-13) hesabı ilə qalib gəlib.

"Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə ilk görüşündə İran təmsilçisi Əlirza Kərəmi üzərində 2:0 (21-13,21-17 ) qələbə qazanıb. Kişilərin şəxsi kateqoriyasında təsnifat mərhələsində yarışan badmintonçularımızdan Cahid Əlhəsənov avstraliyalı Entoni Coyeyə 0:2 (9-21,15-21) hesabı ilə uduzub. Səbuhi Hüseynov isə hindistanlı Kevin Arokia Valterə 0:2 (5-21,11-21) hesabı ilə məğlub olub. Vaqif İsmayılov Slovakiya təmsilçisi Milan Dratvaya 0:2 (11-21,3-21), Rəvan Niftəliyev isə Almaniya idmançısı Aleksander Rooversə 0:2 (5-21,6-21) hesabı ilə uduzub.Daha iki kişi badmintonçumuz Zaur İsazadə və Aqil Qəbilov da ilk görüşündə məğlub olub. Zaur İsazadə İran badmintonçusu Mehran Şahbaziyə 0:2 (10-21,9-21),Aqil Qəbilov isə ukraynalı Qlib Beketova 0:2 (19-21,13-21) hesabı ilə uduzub.

Xatırladaq ki, “Azerbaijan International 2019” turniri iyunun 9-na kimi davam edəcək. Ümumi mükafat fondu 25 min ABŞ dolları olan turnirdə 39 ölkədən 248 badmintonçu mübarizə aparacaq.

Azvision.az



Teqlər: Badminton  





Xəbər lenti