“ANS həmişə birinci olub”

 “ANS həmişə birinci olub”
  26 Noyabr 2013    Oxunub:1666
Bu gün Azərbaycanın, eləcə də postsovet məkanının ilk özəl telekanalı olan ANS-in yaranmasından 22 il ötür.
Telekanal 1991-ci ildə, bugünkü tarixdə 3 nəfər gənc jurnalist-Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılıb.

ANS Şirkətlər qrupu prezidentinin müşaviri Mais Məmmədov telekanalın ad günü təəssüratlarını saytımızla bölüşüb.

Məhərrəmlik ayı olduğu üçün ad gününün xüsusi təmtəraqla keçirilməyəcəyini deyən M.Məmmədov 22 illik fəaliyyətlə bağlı süjet hazırlanıldığını deyib.

“Ad günümüzü necə keçirməyimizi efirdə baxıb görəcəksiniz. Məhərrəmlik olduğuna görə, geniş bir yığıncaq olmayacaq. Sadəcə olaraq, ANS-lə bağlı süjet, film hazırlanıb”.

Telekanal nümayəndəsi ANS-in efir məkanında həmişə birinci olduğunu qeyd edib.

“ANS Azərbaycanda yeganə müstəqil kanaldır. ANS- dən sonra müstəqil qəzetlərə, radiolara yol açılıb. ANS həmişə birinci olub, indi də birinci qalır. Təbii ki, bu gün istədiyimiz hədəfə çatımışıq”.
Biz də öz növbəmizdə telekanalı ad günü münasibəti ilə təbrik edirik.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti