Qaxda yanğın - Rusiya vətəndaşı öldü

Qaxda yanğın - Rusiya vətəndaşı öldü
  26 Noyabr 2013    Oxunub:1074
Rus vətəndaşa aid olan ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qax rayonu, Qaxinqiloy kəndində (rayon mərkəzindən 5 km aralı) 1930-cu il təvəllüdlü Beroşvili Nikolay Mixayloviçə məxsus ümumi sahəsi 165 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, N.M. Beroşvilinin meyiti aşkar edilib. Bitişik tikililər və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti