Külək enerjisinə keçirik

  25 Noyabr 2013    Oxunub : 747
Külək enerjisinə keçirik
2015-ci ildə Azərbaycanda üç külək elektrik stansiyasının tikintisi başa çatdırılacaq.
2015-ci ildə Azərbaycanda ümumi gücü 135,3 meqavatt olan üç külək elektrik stansiyasının yaradılması prosesi başa çatacaq.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Abşeron rayonunun Pirəküşkül qəsəbəsində 80 meqavatt gücündə iri külək elektrik stansiyası tikilir. Azərbaycanın Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində müvafiq olaraq 50 meqavatt və 5,3 meqavatt gücündə iki elektrik stansiyası tikiləcək.

Son illər Azərbaycanda alternativ enerji mənbələri geniş vüsət alıb. Məsələn, ölkədə alternativ energetikanın inkişafı çərçivəsində 2020-ci ilədək alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə dövlət strategiyasının layihəsi hazırlanıb. Hazırda layihə razılaşdırılma mərhələsindədir.

Teqlər: