Şəmkirdə 2 avtomobil toqquşub, yaralananlar var

Şəmkirdə 2 avtomobil toqquşub, yaralananlar var
  26 Noyabr 2013    Oxunub:1143
Bu gün saat 19 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonunun Dəllər Cəyir kəndindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, "VAZ 2107" və "VAZ 2109" markalı 2 minik maşınının toqquşması nəticəsində 2 nəfər ciddi bədən xəsarətləri alıb. Təcili olaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan birinin komada olduğu bildirilir. Həkimlərin sözlərinə görə, həmin şəxsin həyati təhlükəsi davam edir.

Magistral yolun qəza baş verən hissəsində hərəkət müvəqqəti olaraq dayansa da, əraziyə əlavə polis naryadı cəlb olunduqdan sonra avtomobillərin hərəkəti bərpa edilib.

Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqləri hadisənin baş vermə səbəblərini araşdırırlar.


Teqlər:





Xəbər lenti