“Çelsi”nin baş məşqçisi Bakıda əsəbiləşdi - VİDEO

“Çelsi”nin baş məşqçisi Bakıda əsəbiləşdi -  VİDEO
  29 May 2019    Oxunub:3053
Avropa Liqasının finalında “Arsenal”la qarşılaşacaq “Çelsi” klubu ötən gün Bakıda son məşqinə çıxıb.
AzVision.az xəbər verir ki, "zadəganlar" Bakı Olimpiya Stadionunda mətbuat üçün açıq məşq keçiriblər. Final hazırlığında maraqlı anlar yaşanıb.

“Optus Sport” telekanalının yaydığı videodan görünür ki, “Çelsi”nin baş məşqçisi Maurizio Sarri nədənsə narazı qalıb. Belə ki, stadionu əsəbi şəkildə tərk edən Sarri əvvəlcə baş geyimini yerə çırpıb. Ardınca isə təpikləyib.



Kənan Məmmədov
AzVision.az


Teqlər: UEL   Baku   Avroliqa   Çelis   Sarri  





Xəbər lenti