PKK-nın Qara dəniz düşərgəsi ələ keçirildi

  PKK-nın Qara dəniz düşərgəsi ələ keçirildi
  26 May 2019    Oxunub:2685
Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı uğurlu əməliyyat həyata keçirib.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirilib.

İndiyədək terrorçular Qara dəniz üzrə terror aktlarını həmin qərargahda planlaşdırıblar. Ümumilikdə beş il ərzində 11 hərbçi, 1 mülki şəxs terror aktlarının qurbanı olub. Həmçinin antiterror əməliyyatları nəticəsində 15 terrorçu məhv edilib, 6-sı tutulub, 3 PKK üzvü isə təslim olub.

Azvision.az



Teqlər: PKK  





Xəbər lenti