“Arsenal” Mxitaryanı satır

   “Arsenal” Mxitaryanı satır
  25 May 2019    Oxunub:3002
İngiltərənin “Arsenal” klubu erməni futbolçu Henrix Mxitaryanı satmağa hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi Mxitaryanın Premyer Liqadakı çıxışından narazıdır. Bu səbəbdən onun başqa bir komandaya satılması planlaşdırılır.

Qeyd edək ki, 30 yaşlı Mxitaryan 2018-ci ildən "Arsenal"ın formasını geyinir. O, UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final görüşündə iştirak etməyəcək.

Azvision.az



Teqlər: Arsenal  





Xəbər lenti