Bakıda 4 gün Azarkeş Festivalı keçiriləcək

Bakıda 4 gün Azarkeş Festivalı keçiriləcək
  25 May 2019    Oxunub:2090
Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu çərçivəsində Azarkeş Festivalı təşkil olunacaq.
Azvision.az xəbər verir ki, Azarkeş Ferstivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 25-dən mayın 29-na qədər fəaliyyət göstərəcək.

Mayın 25-də məşhur futbolçular ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldo Azarkeş Festivalının qonağı olacaq.

Festivalda balacaların əyləncəsi də nəzərdə tutulub. Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirə, həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazana bilərlər.

Festival günləri və iş saatları:

25-27 may: 14:00 - 22:00

28 may: 12:00 - 22:00

29 may: 10:00 - 22:00

Giriş hər kəs üçün pulsuzdur.

Azvision.az


Teqlər: Bakı   Festival  





Xəbər lenti