Eduard Məmmədov növbəti dəfə çempion oldu - FOTO

Eduard Məmmədov növbəti dəfə çempion oldu -    FOTO
  24 May 2019    Oxunub:6641
Macarıstanın paytaxtı Budapeştdə kikboksinqin “wako” versiyası üzrə XXV dünya kuboku turniri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, üç mindən artıq idmançının qatıldığı bu mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub. Komandanın heyətində çıxış edən, Nəqliyyatda Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Əməkdar idman ustası Eduard Məmmədov turnirdə inamla mübarizə aparıb.

Təmsilçimiz çəkisi 63 kiloqramadək olan veteran idmançılar arasında üç döyüş keçirib. Fransalı idmançı ilə qarşılaşan E.Məmmədov döyüşü üstün başa vurub. Sonra rumıniyalı və macarıstanlı idmançıları da məğlub edən kikboksçumuz birinci yeri tutaraq dünya kuboklarında 7-ci çempionluğunu qazanıb.



Bu yarış E.Məmmədovun yeniyetmə və gənc yetirmələri üçün də uğurlu olub. Onlar ümumilikdə millimizin aktivinə 5 medal yazdırıblar. Amin Quliyev, Nicat Ələkbərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Renat Qiyaslı, Nihad Kərimli və Elvin Məmmədov isə bürünc medallara sahib olublar.

Qeyd edək ki, A.Quliyev həm dünya çempionu, həm də dünya kubokunun sahibidir.

Polis polkovnik-leytenantı E.Məmmədov idmanın kikboksinq növü üzrə 23 dəfə dünya, 7 dəfə Avropa, Asiya və Avrasiya çempionudur.

Azvision.az


Teqlər: EduardMəmmədov  





Xəbər lenti