Azərbaycan-Rumıniya oyunu çex hakimə tapşırıldı

Azərbaycan-Rumıniya oyunu çex hakimə tapşırıldı
  23 May 2019    Oxunub:1874
Mayın 25-də kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyununu keçirəcək.
Azvision.az xəbər verir ki, yığmamız Azərbaycan Voleybol Mərkəzində Rumıniya millisini qəbul edəcək. Oyunu çexiyalı Vlastimil Kovar idarə edəcək. Ona həmyerlimiz Konstantin Selin kömək edəcək.

Qeyd edək ki,“B” qrupunda yer alan millimiz Rumıniya yığması ilə yanaşı, Gürcüstan və Danimarka seçmələri ilə də qarşılaşacaq.

Azvision.az



Teqlər: Rumıniya   Hakim  





Xəbər lenti