Azərbaycan idmançısı ikiqat dünya çempionu oldu
Dünya çempionatında 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində taekvondoçumuz M.Hərçəqani kubalı, fransalı və moldovalı idmançılarından üstün olaraq yarışların yarımfinal mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdə taekvondoçumuz Koreya təmsilçisinə də qalib gələrək yarışların finalına yüksəlib.
Yığmamızın üzvü həlledici görüşdə yunanıstanlı idmançını məğlubiyyətə uğradaraq ikiqat dünya çempionu tituluna sahib olub.
Azvision.az
Teqlər: Dünya-Çempionu