Ronaldo İtaliyada ən qiymətli oldu

  18 May 2019    Oxunub : 1390
Ronaldo İtaliyada ən qiymətli oldu
"Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo A seriyasında mövsümün ən qiymətli oyunçusu seçilib.
Azvision.az xəbər verir ki, nominasiyaların qalibləri "Opta Sport" və "Netco Sports" statistika agentliklərinin məlumatları əsasında təyin edilib.

Qalibin seçimi zamanı oyunçuların çempionat, kubok və superkubokda çıxışları nəzərə alınıb. Ronaldo bu mövsüm A seriyasında 30 matçda 21 qol (5-i penaltidən) qol vurub, 8 qol ötürməsi verib.

Qeyd edək ki, Samir Handanoviç ("İnter") ən yaxşı qapıçı, Kalidu Kulibali ("Napoli") ən yaxşı müdafiəçi, Sergey Milinkoviç-Saviç ("Latsio") ən yaxşı yarımmüdafiəçi, Fabio Kvalyarella ("Sampdoriya") ən yaxşı hücumçu və Nikolo Zaniolo ("Roma") ən yaxşı gənc futbolçu mükafatlarına layiq görülüblər.

Azvision.az

Teqlər: Futbol   Ronaldo   İtaliya