"Mançester Siti" İngiltərə kubokunu qazandı

"Mançester Siti" İngiltərə kubokunu qazandı
  19 May 2019    Oxunub:1943
İngiltərə kubokunda 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Azvision.az xəbər verir ki, "Uembli" stadionunda keçirilən final oyununda "Mançester Siti" və "Uotford" üz-üzə gəlib.

Matç "şəhərlilər"in 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Mançester təmsilçisi 8 ildən sonra turnirin qalibi olub.

Qeyd edək ki, bu, "Siti"nin 2018/2019 mövsümündə qazandığı üçüncü kubokdur. Komanda bundan əvvəl İngiltərə Liqa kubokunu və Premyer Liqanın qalibi olub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   İngiltərə  





Xəbər lenti