Kubokun finalının başlama saatı dəyişdirildi

  17 May 2019    Oxunub : 1081
 Kubokun finalının başlama saatı dəyişdirildi
Azərbaycan kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" klubları arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.
Azvision.az PFL-in saytına istinadən xəbər verir ki, bu qərar hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən verilib. Oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək.

Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.

Azvision.az

Teqlər: PFL   Kubok