Daha bir ana və körpə doguş zamanı öldü

Daha bir ana və körpə doguş zamanı öldü
  24 Noyabr 2013    Oxunub:1558
AzVision.az xəbər verir ki, Azərbaycanda növbəti dəfə doğuş zamanı ana və bətnindəki körpəsi dünyasını dəyişib. Göyçay Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə bu gün saat 19:00 radələrində xəstəxananın doğum şöbəsində baş verib.

Doğuş zamanı Göyçay şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ev 14-də yaşayan 1991-ci il təvəllüdlü Quliyeva Xəyalə Akif qızı və bətnindəki qız övladı dünyasını dəyişib. Mərhum X. Quliyeva ötən il Qəbələ şəhərindən Göyçay rayonuna gəlin köçüb və bu, ilk doğuşu olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində gedib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanıb. (apa)


Teqlər:  





Xəbər lenti