“Zirə” 9 futbolçu ilə yollarını ayırdı

  16 May 2019    Oxunub : 672
“Zirə” 9 futbolçu ilə yollarını ayırdı
“Zirə" klubu 9 futbolçusu ilə yollarını ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bilidirilib ki, Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Budaq Nəsirov, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, "Zirə" Premyer Liqamızda başa çatan mövsümü 31 xalla 5-ci pillədə tamamlayıb.

Azvision.az

Teqlər: Zirə