“Neftçi”nin hazırlıq planı müəyyənləşib

“Neftçi”nin hazırlıq planı müəyyənləşib
  16 May 2019    Oxunub:2502
“Neftçi” klubunun 2019-2020-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.
Azvision.az kluba istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.

Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə keçiriləcək. Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandamız qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Rəqiblər barədə ətraflı məlumat veriləcək.

Azvision.az



Teqlər: Neftçi  





Xəbər lenti