“Finalın Bakıda keçirilməsi gözəl imkandır” - Dünya ulduzu

 “Finalın Bakıda keçirilməsi gözəl imkandır” -   Dünya ulduzu
  15 May 2019    Oxunub:3039
"Futbol üzrə Avropa Liqasının final oyununun Bakıda keçirilməsi Azərbaycan üçün gözəl imkandır. Bakı mötəbər tədbirə ev sahibliyi edəcək"

Azvision.az xəbər verir ki, bunu "Arsenal" klubunun keçmiş futbolçusu Robert Pires jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, finalda iki London komandasının qarşılaşması xüsusi məqamdır: "Ömrümün 6 ilini, 6 mövsümü "Arsenal"da çıxış etmişəm, finalda "Arsenal" komandasıma dəstək olacağam. Komandanın özündə səfir kimi fəaliyyət göstərirəm".

R.Pires Bakının Londondan uzaq olması ilı bağlı səsləndirilən fikirlərə münasibət bildirib: "Fikrimcə, Bakı Londondan uzaqda deyil, təyyarə ilə 5 saatlıq yoldur. "Arsenal" azarkeşləri üçün Bakını kəşf etmək üçün gözəl imkandır".

Veteran futbolçusu Azərbaycan azarkeşlərinin futbol sevgisinə bələd olduğunu qeyd edib.

"Stadion böyükdür. Hər iki komandanın azarkeşləri üçün oyunun maraqlı keçəcəyinə inanıram".

Aytən Zəhra
Azvision.az



Teqlər: Futbol   Final  





Xəbər lenti