ÇL-da finalın hakimləri məlum oldu

ÇL-da finalın hakimləri məlum oldu
  14 May 2019    Oxunub:2016
Çempionlar Liqasında "Liverpul" və "Tottenhem" klubları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.
Azvision.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü sloveniyalı Damir Skomina idarə edəcək. Ona həmyerliləri Yüre Praprotnik və Robert Vukan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Antonio Mateu Lahos yerinə yetirəcək. VAR hakimləri Danni Makkeli və Pol van Bukel olacaq.

Qeyd edək ki, final oyunu iyunun 1-də Madrid "Vanda Metropolitano" stadionunda keçiriləcək.

Azvision.az



Teqlər: ÇL   Final   Hakim  





Xəbər lenti