İlham Zəkiyev finala çıxa bilmədi

  14 May 2019    Oxunub : 1033
 İlham Zəkiyev finala çıxa bilmədi
Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında çıxış edən Rövşən Səfərov növbətə qələbəsini qazanıb.
Azvision.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib.

Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini 3 saniyəyə ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Onun növbəti rəqibi Ukrayna təmsilçisi Aleksandr Nazarenko olacaq.

Azərbaycanın 2 qat paralimpiya çempionu, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 39 yaşlı idmançı İlham Zəkiyev isə yarımfinalda Özbəkistan təmsilçisi Şirin Şaripova uduzub. Zəkiyev bürünc medal uğrunda görüşə çıxacaq.

Azvision.az

Teqlər: Cüdo