Daha iki paracüdoçumuz yarımfinalda

Daha iki paracüdoçumuz yarımfinalda
  13 May 2019    Oxunub:1812
Azərbaycanın daha iki idmançısı Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının yarımfinal mərhələsinə yüksəliblər.
Azvision.az xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübrizə aparan Afaq Sultanova ilk mərhələdən azad olub. O, dörddəbir final mərhələsində rusiyalı cüdoçu Nataliya Ovçinnikovanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Səkkizdəbir final mərhələsində ABŞ idmançısı Marissa Arndtı məğlub edən Sevda Vəliyeva isə növbəti görüşdə Özbəkistan cüdoçusu Parvina Samandarovaya qalib gələrək yarımfinala adlayıb. Finalda cüdoçularımızın rəqibi Braziliya idmançıları olacaq.


Azvision.az


Teqlər: Paracüdo  





Xəbər lenti