Final oyunun hakimləri məlum oldu

Final oyunun hakimləri məlum oldu
  13 May 2019    Oxunub:2175
Futbol üzrə Azərbaycan Kubokunun final matçına təyin olunan hakimlərin adı açıqlanıb.
Azvision.az xəbər verir ki, final görüşü FIFA referisi İnqilab Məmmədova həvalə olunub. Ona yan xətt hakimləri Rahil Ramazanov və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim isə Səbuhi Bayramovdur.

Görüşdə hakim-inspektor Vüsal Əliyev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçı mayın 19-da Naxçıvan Muxtar Respublikasının Stadionunda keçiriləcək.

Azvision.az


Teqlər: Hakim   Final  





Xəbər lenti