“Qalatasaray”dan vacib qələbə

“Qalatasaray”dan vacib qələbə
  12 May 2019    Oxunub:3185
Türkiyə Super Liqasında 32-ci turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Rizespor”la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində xallarını 66-ya çatdıran “Qalatasaray” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Bir oyun az keçirən “Başakşəhər” 63 xalla ikinci yerdə, “Beşiktaş” isə 59 xalla üçüncü pillədədir.

Azvision.az



Teqlər: Qalatasaray  





Xəbər lenti