Bakıda Yelkənli Qayıq Yarışı - FOTOLAR

   Bakıda Yelkənli Qayıq Yarışı -    FOTOLAR
  11 May 2019    Oxunub:4850
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cI ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) keçirilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev Azvision.az -a bildirib ki, ümumilikdə 30 yelkənçinin iştirak etdiyi reqatada idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser-radial”, “Laser 4.7”) üzrə yarışırlar.

"Onlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər”, "CMS properties" şirkətinin “Dənizçi” idman klubları, Azərbaycan Yelkənli İdman Federasiyasının üzvləridirlər. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdirilir. Sonda I, II və III yerlərin sahibləri mükafatlandırılacaqlar", - M.Mehdiyev deyib.



O qeyd edib ki, yarış çərçivəsində Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da keçirilir: "Bir sözlə, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) Dənizkənarı Milli Parka əsl festival ab-havası gətirib".

Xatırladaq ki, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur. Ötən il keçirilən Regatta həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.






























Aytən Zəhra
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər:





Xəbər lenti