Hidayət Heydərov qızıl medal qazandı

   Hidayət Heydərov qızıl medal qazandı
  11 May 2019    Oxunub:3155
Azərbaycanlı cüdoçusu Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, 73 kq çəkidə mübarizə aparan cüdoçumuzhəlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulu cərimə xalları hesabına məğlub edib.

Eyni çəki dərəcəsindəki Rüstəm Orucov kosovolu Akil Qjakova, Telman Vəliyev isə rusiyalı Denis Yartsevə qalib gələrək bürünc medala sahib olublar. 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə gümüş medal qazanıb

Qeyd edək ki, turnirə mayın 12-də yekun vurulacaq.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti