"Arsenal" Bakıya gəlir - YENİLƏNİR

   "Arsenal" Bakıya gəlir -    YENİLƏNİR
  09 May 2019    Oxunub:2560
Avropa Liqasında finala yüksələn komandalardan biri müəyyənləşib.
Azvision.az xəbər verir ki, “Arsenal” İspaniyada “Valensiya”nın qonağı olub.

Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular" cavab qarşılaşmasında da qalib gəlib - 4:2. Bununla da London klubu finala yüksəlib.

Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edir. Frankfurtdakı görüşdə olduğu kimi cavab qarşılaşmasında da 1:1 hesabı qeydə alınıb. Hazırda matçda əlavə vaxt oynanılır.

Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azvision.az


Teqlər: Arsenal   Avroliqa   FInal  





Xəbər lenti