Amsterdamda futbol möcüzəsi - VİDEO

Amsterdamda futbol möcüzəsi -  VİDEO
  09 May 2019    Oxunub:2946
"Ayaks" və "Tottenhem" komandaları arasında Amsterdamda keçirilən cavab qarşılaşmasından sonra Çempionlar Liqasının ikinci finalçısı məlum olub.
AzVision.az xəbər verir ki, Londondakı ilk görüşdə minimal hesabla qalib gələn hollandlar cavab matçında da fasiləyə qədər üstün olublar - 2:0.

Lakin ikinci hissədə qonaqların yarımmüdafiəçisi Lukas Moura 3 qol vuraraq komandasına möhtəşəm qələbə qazandırıb. "Real", "Yuventus" kimi nəhəngləri mübarizədən kənarlaşdıran "Ayaks" matçın son saniyələrində buraxdığı qolla final şansını itirib.

Beləliklə, iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda İngilis finalında "Liverpul"la "Tottenhem" üz-üzə gələcək.



Kənan Məmmədov
AzVision.az



Teqlər: UÇL   Tottenhem   Ayaks   Final  





Xəbər lenti