“MOİK” Premyer Liqaya vəsiqə qazandı

“MOİK” Premyer Liqaya vəsiqə qazandı
  08 May 2019    Oxunub:2247
Azərbaycanın futbol üzrə birinci divizionunda yarışların sonuna bir tur qalmış “MOİK” futbol komandası çempionluğunu rəsmiləşdirib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ötən turda Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda “Qaradağ”la qarşılaşan hərbçilər hər hissədə bir qol vurmaqla səfərdə qələbə qazanıb. MOİK-in heyətində 9-cu dəqiqədə Bahadur Həziyev, 73-cü dəqiqədə isə Orxan Həsənov fərqləniblər.

Bununla da MOİK 18 ildən sonra yenidən zirvəyə yüksələrək Azərbaycan peşəkar futbol klublarının çıxış etdiyi Premyer Liqaya vəsiqə qazanıb.

MOİK sonuncu dəfə 2000/01 mövsümündə 1-ci divizionda 1-ci yeri tutub. Bundan sonra 10 dəfə divizionda oynasa da, “hərbçilər” ən yaxşı halda 2008 və 2010-cu illərdə iki dəfə 2-ci yeri tutaraq, hər iki halda elitaya vəsiqə qazanıb.

Qeyd edək ki, MOİK son dəfə yüksək liqada 2010/11 illər mövsümündə çıxış edib.

Azvision.az


Teqlər: MOİK   Qalib  





Xəbər lenti