Bakıda keçiriləcək Olimpiya Festivalına 76 gün qaldı

Bakıda keçiriləcək Olimpiya Festivalına 76 gün qaldı
  06 May 2019    Oxunub:1917
"İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək. Möhtəşəm yarışa 76 gün qalıb. Bu, Avropa gənclərinin oyunlarıdır"
Azvision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, tədbir təkcə Azərbaycan üçün yox, bütün Avropa idmanı üçün vacibdir: 'Növbəti illərdə dünya, Avropa çempionatları, olimpiya oyunlarında iştirak edəcək gənclər özlərini sınaqdan keçirəcəklər. Onlar bir araya yığışaraq peşəkarlıqlarını göstərəcəklər'.

A.Rəhimov qeyd edib ki, hazırda Bakıda yerləşən 12-dən artıq idman qurğuları hazır vəziyyətə gətirilib. "Atletlər kəndində idmançıların qalması üçün yataqxanalar olacaq. İstərdik ki, bu, tək idman yox, Avropa gənclərinin dostluq festivalı olsun, onlar bir-biriləri ilə tanış olsunlar, mədəniyyətlərini, tarixlərini göstərə bilsinlər. Düşünürük ki, festivala gələcək 4 mindən artıq idmançılar və nümayəndə heyətləri üçün tədbir yüksək səviyyədə keçiriləcək. Bütün qonaqlar Azərbaycandan öz ölkələrinə tam razı qayıdacaqlar".

Aytən Zəhra
Azvision.az




Teqlər: Azad-Rəhimov  





Xəbər lenti