Ramil Quliyev Tokio Olimpiadasına vəsiqə qazandı

   Ramil Quliyev Tokio Olimpiadasına vəsiqə qazandı
  04 May 2019    Oxunub:2691
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio Olimpiadasına vəsiqə qazanıb.
Azvision.az xəbər verir ki, 28 yaşlı atlet Qətərdə keçirilən “Diamond League” turnirində 200 metr məsafəyə qaçış yarışında 19,99 saniyəlik nəticə ilə birinci olub.

R.Quliyev bu nəticə ilə 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycanlı atlet Türkiyə milli komandasının heyətində 2017-ci ildə Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış yarışında qızıl medal qazanıb. O, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağdərili idmançısı hesab olunur.

Azvision.az



Teqlər: Ramil-Quliyev  





Xəbər lenti