AFFA-nın rəsmiləri UEFA-nın seminarında

AFFA-nın rəsmiləri UEFA-nın seminarında
  02 May 2019    Oxunub:1823
Mayın 2-də İngiltərənin paytaxtı Londonda 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatı ilə bağlı UEFA-nın seminarı öz işinə başlayıb.
Azvision.az AFFA-ya istinadla xəbər verir ki, seminar “Avro-2020”nin oyunlarına ev sahibliyi edəcək milli assosiasiyaların və yerli təşkilat komitələri nümayəndələrinin iştirakı ilə “Uembli” stadionunda keçirilir.

Kommunikasiya və təbliğat mövzusunda təşkil olunmuş seminarda AFFA-nın marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev və mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla iştirak edirlər.

Seminara mayın 3-də yekun vurulacaq.

Azvision.az


Teqlər: AFFA   UEFA  





Xəbər lenti