Turun ən yaxşı futbolçusu məlum oldu

Turun ən yaxşı futbolçusu məlum oldu
  01 May 2019    Oxunub:1683
Topaz Premyer Liqasının XXVI turunun ən yaxşı futbolçusu məlum olub.
Azvision.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən, “Qarabağ”ın hücumçusu Abdulla Zubir turun ən yaxşı futbolçusu seçilib. A.Zubir ardıcıl olaraq iki turda ən yaxşı futbolçu seçilib.

Fransız oyunçu “Zirə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.

Azvision.az



Teqlər: PFL  





Xəbər lenti