“Qəbələ” 4-cü dəfə finala yüksəldi

“Qəbələ” 4-cü dəfə finala yüksəldi
  01 May 2019    Oxunub:2644
Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda "Qəbələ"ni qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsilə yekunlaşıb. Öz meydanında "Qarabağ"ı 1:0 hesabla məğlub edən "Qəbələ" səfər qolu sayəsində finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Qəbələ" bununla 4-cü dəfə Azərbaycan kubokunun finalına yüksəlib.

Azvision.az



Teqlər: Qarabağ   Qəbələ  





Xəbər lenti