Azərbaycan Qran-Prisi haqqında maraqlı faktlar

Azərbaycan Qran-Prisi haqqında maraqlı faktlar
  30 Aprel 2019    Oxunub:3194
"Mercedes" komandasının pilotu Valteri Bottas builki mövsümdə ikinci qələbəsini Bakı Şəhər Halqasında növbəti dəfə baş tutmuş Formula 1 SOCAR Azərbaycan Qran Prisində qazanıb.
Azvision.az formula1.com saytında yarışla bağlı verilmiş maraqlı statistikanı təqdim edir:

- Mercedes komandası pilotları mövsümün başlanğıcında ardıcıl olaraq 4 yarışda ilk iki yeri
tutmaqla 1992-ci ildə bu göstərici üzrə 3 yarışlıq uğura sahib Williams komandasına
məxsus rekordu qırdı.

- Formula 1 üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə Mercedes komandasının
pilotlarından biri çıxıb. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi
ən uzun müddətli qalibiyyətlər silsiləsidir.

- Ferrari komandasının pilotu Sebastian Fettel indiyədək Bakıda baş tutmuş bütün
Formula 1 yarışlarını ilk 4-lükdə bitirib. O, bu yarışların heç birində ilk 2-likdə yer ala
bilməyib.

- Racing Point komandasının pilotu Serxio Perez bugünədək Bakıda keçirilmiş 4 yarışdan
3-də ilk 6-lığa düşüb.

- McLaren komandasının pilotu Karlos Saynz son üç Azərbaycan Qran Prisində yarışı ilk 8-
likdə başa vurub.

- Ötən ilki Azərbaycan Qran Prisindən sonra keçirilmiş yarışlar ərzində McLaren
komandasının hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala
yiyələnə bilib.

- Builki Azərbaycan Qran Prisi Racing Point komandasının pilotu Lens Strolun cari
mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk 10-luqda
bitirərək xala yiyələndiyi 2-ci yarışdır.

- Williams komandası pilotlarından hər ikisi də cari mövsümdəki yarışlarda axıracan
mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda
ardıcıl olaraq sonuncu 2 yerə yiyələnib. Bu da rekord göstəricidir.

- Alfa Romeo komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün
Formula 1 yarışlarında ən güclü üç komandanın təmsilçiləri xaricində xala yiyələnən
yeganə pilotdur.

- Haas komandasının pilotu Roman Qrojan indiyədək Bakıda keçirilmiş bütün Formula 1
yarışlarını uğurla başa vursa da xala yiyələnə bilməyib. Toro Rosso komandasının pilotu
Daniil Kvyat bugünədək Bakıda baş tutmuş 4 Qran Pri yarışından heç birini axıracan
tamamlaya bilməyib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Formula1   AzerbaijanGP  





Xəbər lenti