AFFA iki klubu çempionatdan kənarlaşdırdı

   AFFA iki klubu çempionatdan kənarlaşdırdı
  29 Aprel 2019    Oxunub:2112
Region Liqasının II play off mərhələsinin cavab oyunu olan “Füzuli” – “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb.

Təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klubları cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb.

Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcəyi bildirilib.

Azvision.az



Teqlər: AFFA   Klub  





Xəbər lenti