SOCAR Azərbaycan Qran-Prisi başladı

   SOCAR Azərbaycan Qran-Prisi başladı
  28 Aprel 2019    Oxunub:2750
Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisi start götürüb.

Azvision.az xəbər verir ki, 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 51 dövrə vuracaqlar və 306,049 km məsafəni geridə qoymaqla qalibi müəyyənləşdirəcəklər.
Həlledici yürüşə saat 18:10-a qədər yekun vurulacaq.

Qeyd edək ki, təsnifat mərhələsini 8-ci sırada tamamlayan Antonio Covinatsi (“Alfa Romeo”) yarışa 10 pillə geridən başlayacaq. İsveçrə komandasının italiyalı pilotu bolidində yeni idarəedici elektronikanın istifadəsinə görə cəzalanıb.

“Alfa Romeo” komandasının digər pilotu Kimi Raykkonen isə yarışa pit-leyndən başlayacaq. Təsnifat mərhələsində finlandiyalı pilotun bolidinin ön qanadı reqlamentə uyğun gəlmədiyi üçün əldə etdiyi 8-ci yerini itirib.

Pyer Qasli (“Red Bull”) təsnifat mərhələsində yanacaq sərfiyyatı ilə bağlı texniki reqlamenti pozduğu üçün sanksiya ilə üzləşib. Avstriya komandasının pilotu sıralama turunda 15-ci olsa da, yarışa son sıradan başlayacaq.

Robet Kubitsa (“Williams”) isə təsnifat mərhələsində yanacaq sərfiyyatında qaydaları pozduğuna və boliddə vaxtından əvvəl dəyişiklik etdiyinə görə cərimələnib. Pilot yarışa pit pit-leyndən başlayacaq

Pilotların qrid düzülüşü

1. Valtteri Bottas (Mercedes)
2. Luis Hamilton ("Mercedes")
3. Sebastyan Fettel ("Ferrari")
4. Maks Ferstappen ("Red Bull Racing")
5. Serxio Peres ("Racing Point")
6. Daniil Kvyat ("Toro Rosso")
7. Lando Norris ("McLaren")
8. Şarl Lekler ("Ferrari")
9. Karlos Sayns ("McLaren")
10. Daniel Rikkardo ("Renault")
11. Aleksandr Albon ("Toro Rosso")
12. Kevin Maqnussen ("Haas")
13. Lens Stroll ("Racing Point")
14. Romen Qrojan ("Haas")
15. Niko Hülkenberq ("Renault")
16. Corc Rassell (Williams)
17. Antonio Covinatsi ("Alfa Romeo")
18. Robert Kubitsa (Williams)
19. Kimi Raykkonen ("Alfa Romeo")
20. Pyer Qasli ("Red Bull Racing")​

Xatırladaq ki, Bakıda baş tutan əvvəlki 3 yarışdan 2-də Almaniyanın “Mercedes” komandasının pilotları rəqiblərini qabaqlayıblar. Artıq karyerasını başa vurmuş almaniyalı Niko Rosberq yeganə dünya çempionluğunu qazandığı 2016-cı ildə, britaniyalı beşqat dünya çempionu Lüis Hemilton ötən il birinci olub. Hazırda Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo isə 2017-ci ildə Avstriya “Red Bull”nun sükanı arxasında finiş xəttini hamıdan tez keçib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Formula1   F1   AzerbaijanGP  





Xəbər lenti