“Qarabağ” 3 qolla liderliyini möhkəmləndirdi

“Qarabağ” 3 qolla liderliyini möhkəmləndirdi
  27 Aprel 2019    Oxunub:1887
Topaz Premyer Liqasının 26-cı turuna start verilib.
Azvision.az xəbər verir ki, günün ilk oyunu “Zirə” ilə “Qarabağ” klubu arasında baş tutub.

Zirə Olimpiya Kompleksində keçirilən görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Dani Kintana, Filip Ozobiç və Mahir Mədətov fərqləniblər.

Qeyd edək ki, bu qələbədən sonra “Qarabağ” xallarının sayını 60-a çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib.

Azvision.az



Teqlər: Topaz   Qarabağ  





Xəbər lenti