Gəncədə süni örtüklü meydança tikiləcək

  25 Aprel 2019    Oxunub : 708
Gəncədə süni örtüklü meydança tikiləcək
Gəncə şəhər stadionunun ərazisində süni örtüklü meydançanın inşaat işləri ilə əlaqədar AFFA tender elan edib.
Azvision.az -ın qurumun saytına istinadən məlumatına görə, tenderə qatılmaq istəyənlər təkliflərini mayın 13-dək assosiasiyaya təqdim etməlidirlər.

Bunun üçün ilk növbədə “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" doldurulmalıdır. Orada görülməsinə ehtiyac duyulan işlərə təkliflərin hamısı göstərilməlidir. Həmçinin bu işlərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyi də qeyd olunmalıdır.

Azvision.az

Teqlər: AFFA