“Qarabağ” Qəbələdən məğlub qayıdır

  23 Aprel 2019    Oxunub : 1239
“Qarabağ” Qəbələdən məğlub qayıdır
Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, yarımfinalın ilk oyunu Qəbələdə keçirilib. Şəhərin eyniadlı komandası "Qarabağ" klubunu qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsilə yekunlaşıb. Matçda yeganə qolu 72-cü dəqiqədə Adeniyi vurub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 1-də keçiriləcək.

Azvision.az

Teqlər: Qarabağ   Qəbələ