Daha bir nəhəng tunel tikilir

Daha bir nəhəng tunel tikilir
  21 Noyabr 2013    Oxunub:1261
Bakıda daha bir nəhəng tunel tikilir.
"Şəfa" stadionunun qarşısında inşa olunan nəhəng yol kompleksinin tikintisi davam etdirilir.

AzVision.az ANN.Az-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev pr-i ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, “Şəfa” stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçdin tikintisi davam etdirilir. Layihə üzrə tunelin uzunluğu 940 metr, eni isə 16 metrdir. 4 hərəkət zolağından ibarət olacaq tunelin hazırda istinad divarlarının naxışlı beton piltələrlə üzlənməsi, qapalı boyunun üst hissəsində tirlərin döşənməsi və yan yollara bardür düzələrək asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri gedir. Sözügedən ərazidə tikintisi həyata keçirilən piyada keçidinin uzunluğu 105 m, eni 16 m, hündürlüyü isə 3 m nəzərdə tutulmuşdur. 4 giriş-çıxışı olacaq keçiddə eskalatorların quraşdırılması və bəzək işləri aparılır. Ümumilikdə layihənin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, 5-ci köndələn küçəsinə və hava limanına heç bir maneəsiz gedə biləcəklər.


Teqlər:





Xəbər lenti