Təhsil işçiləri arasında futbol yarışı

  22 Aprel 2019    Oxunub : 1205
Təhsil işçiləri arasında futbol yarışı
Təhsil işçiləri arasında futbol üzrə Bakı şəhər çempionatına start verilib.
Azvision.az xəbər verir ki, çempionat Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə keçirilir.

Aprelin 22-də baş tutan çempionatın ilk günündə BŞTİ-nin futbol komandası Nizami rayon komandasına 10:4 hesabı ilə qalib gəlib.

Çempionat nəticələrinə əsasən, ilk 3 yeri tutan komandalar müvafiq qaydada mükafatlandırılacaqlar.

Ənənəvi olaraq hər il keçirilən çempionatın əsas məqsədi təhsil işçilərinin idmana marağını daha da artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, sağlam və aktiv həyat tərzinin təbliği işini genişləndirməkdən ibarətdir.

Azvision.az

Teqlər: Təhsil   Futbol