Bu gün Salyan rayonunda Psixiatriya Xəstəxanası açılıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ikimərtəbəli 100 çarpayılıq xəstəxana binası tam müasir standartlara cavab verir. Kişi və qadın bölmələrindən ibarət olan xəstəxana tibbi avadanlıqlarla, istilik, dərman və qida ilə tam təmin edilmişdir.
Psixiatriya xəstəxanası Salyanla yanaşı, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Neftçala, Cəlilabad və Beyləqan rayonlarının sakinlərinə də xidmət edəcək.