Rafael Ağayev qızıl medal şansını itirdi

  20 Aprel 2019    Oxunub : 824
Rafael Ağayev qızıl medal şansını itirdi
Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasından Premyer Liqa turniri davam edir.
Turnirin birinci günündəki qarşılaşmaların nəticələrinə əsasən Rafael Ağayev (75 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Aprelin 21-də keçiriləcək görüşdə onun rəqibi Loqan Da Kosta (Fransa) olacaq.

Qeyd edək ki, Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı (+84 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Roman Heydərov (kata) da bu gün mübarizəyə başlayıblar.

Azvision.az

Teqlər: Rafael-Ağayev